Teymur Nurullayev

Teymur Nurullayev
Orijinal adı Teymur Talıb oğlu Nurullayev
Doğum tarixi 12.04.1973
Doğum yeri Xəlfəli, Sabirabad rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 08.06.1992 (19 yaşında)
Vəfat yeri Qızıl-Qaya, Füzuli rayonu, Azərbaycan
Dəfn yeri Xəlfəli kənd qəbiristanlığı, Sabirabad rayonu, Azərbaycan
Vətəndaşlığı 🇦🇿 Azərbaycan
Təhsili 174 nömrəli texniki peşə məktəbi
Peşəsi Traktorçu-maşinist, çilingər
Fəaliyyəti Hərbçi
Hərbi xidmət illəri 1991–1992
Mənsubiyyəti 🇦🇿 Azərbaycan Milli Ordusu
Qoşun növü Milli Ordu (Artilleriya)
Rütbəsi Çavuş (Serjant)
Döyüşlər Birinci Qarabağ müharibəsi

Teymur Talıb oğlu Nurullayev (12 aprel 1973, Xəlfəli, Sabirabad rayonu – 8 iyun 1992, Qızıl-Qaya, Füzuli rayonu) — Azərbaycan hərbçisi, Azərbaycan Milli Ordusunun çavuşu, Birinci Qarabağ müharibəsi şəhidi.

Həyatı

Teymur Talıb oğlu Nurullayev 1973-cü il aprelin 12-də Sabirabad rayonunun Xəlfəli kəndində sovet dönəmində mövcud olan kolxozçu ailəsində anadan olmuşdur. 1980-ci ildə hələ yeddi yaşındaykən atası vəfat etmiş, bundan sonra o, ana himayəsində böyümüşdür.

1980-ci ildə Xəlfəli kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1990-cı ildə həmin məktəbi bitirmişdir. Təhsilini davam etdirmək üçün 1990-cı ilin sentyabr ayında Sabirabad rayonundakı 174 nömrəli texniki peşə məktəbinə daxil olmuş və burada traktorçu-maşinist ixtisası üzrə təhsil almışdır.

O dövrdə ölkədə baş verən ictimai-siyasi proseslər, xüsusilə 1990-cı ilin 20 Yanvar faciəsi və Xocalı soyqırımı Teymurun formalaşmasına güclü təsir göstərmişdir. Bu faciələrin acısını şifahi olaraq dərindən yaşayaraq vətənpərvər ruhda böyüyən Teymur, həyatın bütün çətinliklərinə baxmayaraq məqsədyönlü xarakterə malik idi.

Hərbi xidməti və döyüş yolu

1991-ci il mayın 17-də həqiqi hərbi xidmətə çağırılaraq Ukraynaya göndərilmişdir. Əvvəlcə Ukraynanın Çernovçi şəhərində xidmət etmişdir. Lakin Vətəninə olan sevgisi və o dövrdə cəbhədə yaranmış ağır vəziyyət səbəbindən o, hərbi xidmətini Vətəndə davam etdirmək üçün rəsmi ərizə ilə müraciət etmişdir. Bu səbəbdən Lvov şəhərinə göndərilsə də, orada da qərar tuta bilməmiş və nəticədə Vətənə qayıtmışdır.

Vətənə qayıtdıqdan sonra, 1992-ci ilin yanvar-fevral aylarında Sabirabad rayonundakı M. Hüseynzadə adına kolxozda traktorçu-çilingər kimi əmək fəaliyyəti ilə məşğul olmuşdur.

1992-ci il martın 1-də könüllü olaraq yenicə yaranmaqda olan Milli Ordu sıralarına xidmətə gedmişdir. Hərbi hissədə serjant (çavuş) rütbəsi almışdır. O, döyüşlərdə "Qrad" reaktiv yaylım atəşi sisteminin (RKZƏ) döyüş maşınında atıcı olaraq xidmət göstərmişdir.

1992-ci il iyunun 8-də Füzuli rayonunun strateji əhəmiyyətli Qızıl-Qaya zirvəsi uğrunda gedən qızğın döyüşlər zamanı döyüş maşınını (Qrad qurğusunu) idarə edərkən vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən atılan artilleriya mərmisinin birbaşa düşməsi nəticəsində qəhrəmancasına şəhid olmuşdur.

Dəfn olunması

1992-ci il iyunun 9-da doğulduğu Sabirabad rayonunun Xəlfəli kənd qəbiristanlığında torpağa tapşırılmışdır.

Xatirəsi

Kateqoriyalar: